Vüsalə yenidən efirə qayıtdı: "Hər şey haqqında danışacağam” - VİDEO

28 Yanvar 2026 17:25

Səhhətində yaranan problemlərdən sonra ilk dəfə canlı yayıma çıxan Vüsalə Əlizadə duyğusal anlar yaşayıb.
 
Milli.Az xəbər verir ki, aparıcı Vüsalə Əlizadə bu barədə açıqlama verib.

O, bir müddətdir səhhətində yaranan problemlərə görə televiziyadan uzaqlaşıb:

"Hər kəs bilir ki, böyrək köçürülməsi əməliyyatı keçirtmişəm. Ona görə də illərdir ki, dərmanlarla yaşayıram. Həkim analizlərimin nəticələrinə baxıb məni təcili Türkiyəyə çağırdı. Ona görə də getməli oldum. Hər şey haqqında ətraflı danışacam".

Qeyd edək ki, onun yerinə "İncə səhər" verilişinə Mətanət Əliverdiyeva aparıcılıq edirdi.

Milli.Az