Magistratura pilləsi üzrə sınaq imtahanının nəticələri elan olundu

28 Yanvar 2026 17:35

18 yanvar 2026-cı il tarixində keçirilmiş magistratura səviyyəsinə qəbul imtahanı modelinə uyğun sınaq imtahanının yekun nəticələrini elan edilib.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, sınaq imtahanında bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunub.

İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

Bakalavrlar sınaq imtahanının nəticələri ilə buradan tanış ola bilərlər.

Asya
Milli.Az