Malayziyada ölən ANAMA-nın əməkdaşının son GÖRÜNTÜLƏRİ - VİDEO

28 Yanvar 2026 15:58

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, 2004-cü il təvəllüdlü Orxan Məhərrəmovun Malayziyanın Kuala-Lumpur şəhərində təlimdə olarkən halı pisləşib. Daha sonra ona iynə vurulduqdan sonra isə komaya düşüb. Bir neçə gün komada qaldıqdan sonra vəfat edib.

Sosial şəbəkədə onun sözügedən ölkədə çəkilən son görüntüləri yayılıb. Kadrlar görənləri kövrəldib.

Musa
Milli.Az