Hüseyn Həsənovla bağlı cinayət işi prokurorluğa göndərildi

28 Yanvar 2026 14:48

Bloqer Hüseyn Həsənovla bağlı irəli sürülən 170 milyon rubl (təxminən 4 milyon manat) məbləğində vergidən yayınma iddiası üzrə açılmış cinayət işi artıq növbəti mərhələyə keçib. İş üzrə ittiham aktının təsdiqlənməsi məqsədilə materiallar prokurorluğa təqdim olunub.

Milli.Az xəbər verir ki, bu barədə Moskva Şəhər Prokurorluğunun mətbuat xidməti açıqlama verib. Bildirilib ki, iş Cənub İnzibati Dairəsi Prokurorluğuna göndərilib və hazırda ittiham aktına baxılması gözlənilir.

Qeyd olunub ki, cinayət işi üzrə ilkin istintaq artıq yekunlaşdırılıb. 

Asya
Milli.Az