İmişlidə 15 yaşlı qızla cinsi əlaqədə olan gənc oğlana hökm oxuyub.
Milli.Az-ın məlumatına görə, hadisə şəhərin Q. İsmayılzadə küçəsində yerləşən fərdi evdə baş verib.
İttiham aktına görə, rayonun kəndlərindən birində yaşayan 2001-ci il təvəllüdlü Babək Həsənov ilə (ad və soyad şərtidir) "Whatsapp" qrupundan tanış olduğu 2010-cu il təvəllüdlü Aysu (şərti ad) arasında sevgi münasibətləri yaranıb. Babək Aysuya onunla evlənmək istədiyini deyərək, ona qoşulub qaçmasını təklif edib. Yeniyetmə qız əvvəl razılaşmasa da, sonra təkliflə razılaşıb. Aysu bildirib ki, anası gecə saat 3-də yatır. Yalnız anası yatandan sonra evdən çıxa bilər. Beləliklə, Babək İmişli şəhəri, Q. İsmayılzadə küçəsində dayısına məxsus evə gəlib. Aysu 15-20 dəqiqə sonra onun yanına gələndən sonra birgə evə daxil olublar. Cütlük səhər yaxın cinsi əlaqədə olub.
Nəticədə Babək Həsənov 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olduğu üçün saxlanılıb və barəsində cinayət işi açılıb. İstintaq zamanı zərərçəkən tərəf, yəni Aysu şikayətçi olmadığını, gələcəkdə Babəklə evlənəcəklərini bildirib. Babəkin də sözlərinə görə, ailələr onların gələcəkdə evlənmələri barədə artıq razılığa gəliblər.
İmişli rayon Məhkəməsinin hökmü ilə Babək Həsənov barəsində 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmin cəza 1 il sınaq müddəti olmaqla şərti tətbiq olunub. /Lent.az
Milli.Az