Ermənistan onu Türkiyəyə təhvil verdi

28 Yanvar 2026 13:13

"Qırmızı bülleten"lə axtarışda olan 14 nəfər xarici ölkələrdə saxlanılaraq Türkiyəyə gətirilib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, müxtəlif cinayətlərdə ittiham olunan 9 nəfər Gürcüstandan, 2 nəfər Almaniyadan, 3 nəfər isə müvafiq olaraq Ermənistan, Xorvatiya və Monteneqrodan Türkiyəyə ekstradisiya edilib.

Axtarışda olanların Türkiyəyə gətirilməsi beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Milli.Az