"Qarabağ" və "Qalatasaray"ın oyunları bu kanallarda - AFİŞA

28 Yanvar 2026 12:47

Bu axşam UEFA Çempionlar Liqasında Liqa mərhələsinin sonuncu turunun oyunları keçiriləcək.

Milli.Az xəbər verir ki, gecənin əsas qarşılaşmalarında "Liverpul" İngiltərədə təmsilçimiz "Qarabağ"ı, "Mançester Siti" isə "Qalatasaray"ı qəbul edəcəklər.

İzləyicilər "Liverpul" - "Qarabağ" oyununu İctimai TV-də, "Mançester Siti" - "Qalatasaray" oyununu isə "CBC Sport" TV-də izləyə biləcəklər.

UEFA Çempionlar Liqası

VIII tur

29 yanvar

Saat 00:00, "Liverpul" - "Qarabağ" (İctimai TV),

Saat 00:00, "Mançester Siti" - "Qalatasaray" ("CBC Sport" TV).

Milli.Az