AZCON Holding şirkətlərindən olan ASCO-nun "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) ötən il 26 müxtəlif tipli gəminin təmiri həyata keçirilib.
Milli.Az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, gəmilərdən 8-i əsaslı, 16-sı tərsanə, 2-si cari təmir edilib. Bunlardan 20-si ASCO-ya, digərləri isə müxtəlif kənar təşkilatlara aid olub.
Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərinin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun icra edilib.
Qeyd edək ki, ZGTTZ geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Bundan başqa, 2017-ci ildən Zavod müvafiq sertifikatlaşmadan keçməklə kiçik su tutumlu gəmilərin tikintisini də həyata keçirir.
Milli.Az