Bu gün "PAŞA Bank"ın tələb olunan kapital adekvatlığı 22%-dir.
Milli.Az xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov təmsil etdiyi bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tələb olunan səviyyə isə 12.5%-dir:
"Burada 10%-lik fərqi görmək mümkündür. 10% isə bu nisbətdə, yəni tələbin üzərində təxminən 50% edir. Yəni biz tələbin üzərində təxminən 50% yuxarıdayıq".
M. Süleymanov əlavə edib ki, səhm buraxılışından gələn vəsaitlər kapitala yüklənəcək:
"Bu o deməkdir ki, biz kapital adekvatlığında təxminən 45-50% tələblərin üzərindəyik".
Milli.Az