Tanınmış müğənni infarkt keçirdi - FOTO

28 Yanvar 2026 10:44

Tanınmış ifaçı Hakan Taşıyan infarkt keçirib.

Milli.Az xəbər verir ki, uzun müddətdir səhhətində ciddi problemlər yaşayan sənətçi təcili tibbi yardım vasitəsilə Ankarada xəstəxanaya yerləşdirilib.

Daha əvvəl qaraciyər və böyrək əməliyyatları keçirdiyi üçün həkimlər infarktdan sonra ona angioqrafiya tətbiq edilib-edilməməsi məsələsində tərəddüd yaşayıblar.

Bu səbəbdən xəstəxanada tibbi şura toplanıb və sənətçinin vəziyyəti hərtərəfli qiymətləndirilib. Proses zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın da vəziyyətlə yaxından maraqlandığı bildirilib.

Hazırda Hakan Taşıyanın müalicəsi reanimasiya şəraitində davam etdirilir.

Fidan
Milli.Az