Son zamanlar avtomobillərin bəzi ikinci əl hissələrinin yenisindən baha olduğu bildirilib.
Milli.Az xəbər verir ki, bunu satıcılar və ustalar da təsdiqləyir. Ustaların sözlərinə görə, buna səbəb ikinci əl ehtiyat hissələrinin daha keyfiyyətli olmasıdır:
"Bəzi avtomobillər bəzi ehtiyat hissələrinin daha keyfiyyətli olmasıdır. Əslində yeni ehtiyat hissəsi daha baha olmalıdır ki, bu birinci əldir. İşlənmiş isə nisbətən ucuz qiymətə satılmalıdır. Müştərilər bəzən düşünürlər ki, işlənmiş detallar yeni detallardan keyfiyyətlidir".
Bəs qiymətlər necədir?
"Mühərriklər 1300-1100, ikinci əl 1500 manat, bufer 300-400, ikinci əl 1300-1400, supportlar 70-80, amma ikinci əl 40-50 manatdır".
Qeyd edək ki, satıcılar və ustalar bildiriblər ki, ikinci əl ehtiyat hissələri birinci əldən baha olsa da, onlara tələbat daha çoxdur.
Aysel
Milli.Az