Filippində güclü zəlzələ oldu

28 Yanvar 2026 00:09

Filippində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar təxminən 13 min əhalisi olan Kalamansiq yaşayış məntəqəsindən 31 km cənub-qərbdə baş verib.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Milli.Az