Açıq şəkildə satılan kələm turşusu ilə bağlı araşdırma aparılır - FOTO

27 Yanvar 2026 22:35

Sosial şəbəkələrdə yayılan görüntülərdə açıq satışda olan kələm turşusu məhsulunun rənginin süni şəkildə dəyişdirilməsi ilə bağlı iddialar irəli sürülüb. Məsələ Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb.

Milli.Az xəbər verir ki, aparılan araşdırmalar çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Meyvəli bazarı" və bazarətrafı ərazidə nəzarət tədbirləri həyata keçirilib.

Rəngləyici xammaldan və məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrlə bağlı əlavə məlumat veriləcək. 

AQTA istehlakçıları qida məhsulları alarkən diqqəti olmalarını və mənşəyi məlum olmayan məhsulları istehlak etməməyi tövsiyə edir. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla "1003-Çağrı Mərkəzi"nə məlumat verə bilər.

Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir. 

Milli.Az