Ərdoğanla görüşən prezident büdrəyərək yıxıldı - VİDEO - FOTO

27 Yanvar 2026 21:54

Türkiyəyə rəsmi səfərə gələn Nigeriya Prezidenti Bola Əhməd Tinubu Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanarkən qəfil müvazinətini itirərək yerə yıxılıb.

Milli.Az xəbər verir ki, Beştəpədəki Prezident Külliyəsində təşkil edilən qarşılama mərasimi zamanı hərbi bölməni salamlayan Tinubu nazirlərdən ibarət heyətin olduğu hissəyə yaxınlaşarkən büdrəyib. Nigeriya dövlət başçısının yerə yıxılmasının qarşısını mühafizəçiləri də ala bilməyib.

Prezident Ərdoğan və müşayiət edən heyətin köməkliyi ilə ayağa qaldırılan Nigeriya Prezidentinin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib. Qısa müddətli fasilədən sonra rəsmi proqram planlaşdırıldığı şəkildə davam edib.

Nümayəndə heyətlərinin təqdimatından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmkarına dəstək olmaq üçün onun qoluna girdiyi görüntülənib.

Lalə Qüdrətova
Milli.Az