Daş karxanasında bədbəxt hadisə - Ölən var

27 Yanvar 2026 18:44

Qəbələ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün rayon ərazisindəki daş karxanalarının birində işləyən fəhlə 47 yaşlı Səxavət Abdullayev ehtiyatsızlıqdan dəzgahın lentinə düşüb. O aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az