"Qarabağ" azarkeşlərinə Çempionlar Liqası ilə bağlı şad xəbər

27 Yanvar 2026 18:00

"Qarabağ" növbəti mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsində birbaşa iştirak edə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunun üçün klubların reytinq siyahısında "Qarabağ"dan yüksəkdə dayanan komandalar öz liqalarında çempion olmalıdırlar.

Hazırda "Qarabağ"dan irəlidə doqquz komanda var ki, onlardan da yalnız ikisi - Avstriyanın "Zaltsburq" və Xorvatiyanın "Dinamo Zaqreb" komandaları öz liqalarında birinci yerdə qərarlaşıblar.

Qeyd edək ki, "Qarabağ"ın birbaşa vəsiqəsi üçün özü də Premyer Liqada çempion olmalıdır. Hazırda "Qarabağ" turnir cədvəlində ikinci sırada qərarlaşıb və lider "Sabah" klubundan dörd xal geri qalır.

Milli.Az