31 yanvar saat 15:00-da Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Milli Konservatoriyası və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı çərçivəsində ilk dəfə olaraq "Nəsillərin dialoqu" adlı yeni musiqi layihəsi təqdim ediləcək. Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərov, istedadlı tarzən İbrahim Babayev və tələbələri çıxış edəcək. Proqramda Azərbaycan bəstəkar əsərləri, xalq rəqsləri və İbrahim Babayevin muğam improvizələri səslənəcək. Gənc və tanınmış ifaçıların bir səhnədə görüşəcəyi bu konsert musiqidə ənənə ilə müasirliyin canlı dialoqu olacaq. Əziz dinləyicilər, bu özəl konserti qaçırmayın ..
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az