Tromb yaranmasının qarşısını alan ƏDVİYYAT

28 Yanvar 2026 06:06

Zəncəfilin tromb yaranmasının qarşısını almaqda təsirli olduğu elmi şəkildə təsdiqlənib. Mütəxəssislər bildirir ki, zəncəfilin tərkibində olan gingerol maddəsi antitrombotik xüsusiyyətə malikdir.

Milli.az xəbər verir ki, Piroqov Universitetinin 2 nömrəli Daxili Xəstəliklər Propedevtikası kafedrasının həkimi Elvira Xaçirovanın sözlərinə görə, gingerol trombositlərin bir-birinə yapışaraq laxta əmələ gətirməsinin qarşısını alır.

Həkim qeyd edib ki, zəncəfilin antitrombotik təsiri trombosit aqreqasiyasının azalması ilə bağlıdır. Lakin bu faydalı təsir yalnız zəncəfil müntəzəm şəkildə qida rasionuna daxil edildikdə özünü göstərir.

Mütəxəssis əlavə edib ki, zəncəfil xüsusilə oturaq həyat tərzi keçirənlər və varikoz damar problemi olan, yəni orta dərəcəli tromboz riski daşıyan şəxslər üçün faydalı ola bilər.

Bununla yanaşı, Elvira Xaçirova bəzi şəxslərin zəncəfili həkimlə məsləhətləşmədən qəbul etməməli olduğunu vurğulayıb. Bunlara antikoaqulyant dərman qəbul edənlər, hamilə qadınlar (xüsusilə üçüncü trimestrdə), eləcə də mədə-bağırsaq xəstəlikləri olan şəxslər daxildir. Kəskin mərhələdə olan mədə xorası kimi xəstəliklər zamanı zəncəfil qanaxma riskini artıra bilər.(medicina.az)

Milli.Az