“Meta” “TikTok” və “YouTube”u məhkəməyə verdi

27 Yanvar 2026 20:47

"Meta" şirkəti ilə yanaşı, "TikTok" və "YouTube" platformaları gənclər arasında ruhi sağlamlıq böhranını şiddətləndirməkdə ittiham olunaraq məhkəməyə verilib.

Milli.Az xəbər verir ki, irəli sürülən sözügedən iddialar çoxsaylı məhkəmə çəkişmələrinə yol aça bilər.

Prosesin mərkəzində dayanan əsas hadisə Kaliforniyadan olan 19 yaşlı bir gənc qadının müraciətidir. O, sözügedən platformalardan asılılığın onun depressiyasını daha da ağırlaşdırdığını və intihar düşüncələrinə səbəb olduğunu iddia edir.

Məlumata görə, məhkəmə çərçivəsində Mark Zukerberqin də ifadə verməsi gözlənilir.

Milli.Az