Karate idman növü üzrə 7-ci dan qara kəmər sahibi, əməkdar idman ustası, əməkdar məşqçi və ictimaiyyətin nümunəvi nümayəndəsi Mirəli Seyidov vəfat edib.
Milli.Az xəbər verir ki, Mirəli Seyidov Azərbaycan karate məktəbinin formalaşmasında, gənc idmançıların yetişdirilməsində və idman etikası prinsiplərinin təbliğində əvəzsiz xidmətləri ilə seçilib.
Onun zəhməti və insani keyfiyyətləri Azərbaycan idman ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilib.
Ayxan
Milli.Az