Atletimizin Olimpiadanın finalında rəqibləri məlum oldu - YENİLƏNİB - FOTO

8 Avqust 2012 18:12
16:25

Apasport.az saytının məlumatına görə, təmsilçimiz 5000 m məsafəyə qaçışda 43 idmançı arasında 12-ci yeri tutub.

Öz qrupunda finiş xəttinə birinci çatan və finala yüksələn İbrahimov növbəti cəhdinə avqustun 11-də saat 14:45-də çıxacaq. Onun rəqibləri qrup mərhələsində qabaqladığı Kiplanqat Koeç İsiah (Keniya), Məhəmməd Farac (Böyük Britaniya), Lopez Lomonq (ABŞ), Haqos Gebrivet (Həbəşistan), habelə ən güclülərin yer aldığı II qrupdan finala vəsiqə qazanan "onluq" - Deyen Qebremeskel, Yanev Alemirev (hər ikisi Həbəşistan), Pkemey Lonqosiva (Keniya), Bernard Laqat, Qalen Rupp (hər ikisi ABŞ), Abdaalati İguider (Mərakeş), Ndiema Kipsiro (Uqanda), Kamerun Levins (Kanada), Luis Barrios (Meksika) və Mumin Qala (Cibuti) olacaqlar.

Müqayisə üçün bildirək ki, Haylenin I "22-lik"də qabaqladıqları arasında Farac dünya çempionudur. Somalidən olan atlet milliləşdirilərək Böyük Britaniyanı təmsil edir.

Qeyd edək ki, II qrupda 11-ci yeri tutan Osman Adəm (Eritreya) finiş xəttinə İbrahimovdan tez çatsa da, (13:24.40) reqlamentə, əsasən, o yarışı dayandırıb. Təmsilçimiz isə bu məsafəni 13:25.23-ə qaçmışdı.

---------
15:10


XXX London Yay Olimpiya Oyunlarında atletika yarışlarında Azərbaycanı təmsil edəcək sonuncu idmançı Hayle İbrahimov bu gün gücünü sınadı.

Milli.Az Azerisport.Az-a istinadən bildirir ki, Hayle İbrahimovun finaldakı rəqibləri yaxın zamanda bəlli olacaq. Final isə avqustun 11-də keçiriləcək.

---------
15:03

Milli.Az Azerisport.Az-a istinadən bildirir ki, Hayle İbrahimov 13:25.24 dəqiqə göstərici ilə
finişə birinci çatdı və birbaşa finala çıxdı!

---------
15:00

Milli.Az Azerisport.Az-a istinadən bildirir ki, London Olimpiadasında 5000 m məsafəyə qaçışda Azərbaycanı təmsil edən Hayle İbrahimov finişə birinci çatdı!

---------
14:45

Milli.Az Azerisport.Az-a istinadən bildirir ki, London Olimpiadasında 5000 m məsafəyə qaçış yarışları başlanıb. Azərbaycanı bu yarışda Hayle İbrahimov təmsil edir.

---------
10:11

Apasport.az saytının məlumatına görə, 5000 m məsafəyə qaçacaq milliləşdirilmiş legionerimiz I qrupda yer alacaq.

Saat 14:45-də başlayacaq yarışda ümumilikdə 43 atlet 2 qrupa bölünüb. İbrahimov 22 nəfərlik I qrupda mübarizə aparacaq. 1095 start nömrəsi ilə qaçış zolağına çıxacaq Hayle 13:20,09-a bərabər olan şəxsi rekordu ilə qrupda yalnız 4 rəqibini qabaqlayır. Qrupun 5 idmançısı isə karyerası ərzində 13 dəqiqədən tez qaçmağı bacarıb.










Foto: Apasport.az