Aparıcı Könül Muxtarova həmkarları ilə bağlı qalmaqallı açıqlama verib.
Milli.Az xəbər verir ki, tele-aparıcı bəzi aparıcıların fəaliyyət tərzini sərt şəkildə tənqid edərək, onlarla eyni səhnəni paylaşmağı özünə hörmətsizlik hesab etdiyini bildirib. Muxtarova deyib ki, kifayət qədər tanınmış olsa da, bəzi aparıcılar var ki, onlar ailə məclislərinə uyğun deyil:
"Elə xanım aparıcılar var ki, onlarla bir səhnədə olmaqdan utanaram. Kifayət qədər də tanınıblar, amma o xanım ailə məclisinə gələcək aparıcı deyil. Onunla bir səhnədə olsam, bu, özümə hörmətsizlik olar."
O, vurğulayıb ki, aparıcının əsas yeri səhnədir və qonaqların arasında dolaşmaq, diqqət çəkməyə çalışmaq düzgün yanaşma deyil:
"Aparıcının yeri səhnədir. Bəziləri isə qonaqların arasında olur, məclis yiyəsinin Moskvadan gələn dostunu görüb mikrofonla adını çəkir, masasının yanında həm aparıcılıq, həm də müğənnilik edir. Bu cür reklamla 3-5 manat qazanmaq mənlik deyil. Mən hörmət etdiyim birini görsəm, yaxınlaşıb mikrofonsuz salamlaşıram. Kişi məclislərində isə problem olmasa da, sıxılaram, özümü narahat hiss edərəm".
Açıqlamasının sonunda isə aparıcı sərt ifadələrlə diqqət çəkib:
"İndi 'ev yıxan' aparıcılar həddindən artıq çoxdur. Onlarla bir səhnədə olmaqdan utanıram".
Könül Muxtarovanın bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, istifadəçilər arasında müxtəlif rəylər yazılıb.
Musa
Milli.Az