Marselonun oğlu "Real"da oynayacaq

27 Yanvar 2026 14:22

"Real" və Braziliya milli komandasının keçmiş müdafiəçisi Marselonun oğlu, 16 yaşlı hücumçu Enzo Alves Madrid klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb.

Milli.Az xəbər verir ki, Enzo Alves 2017-ci ildən bəri "Reald"da çıxış edir. O, "Real"ın 18 yaşadək futbolçulardan ibarət komandasında oynayır və bu mövsüm artıq üç oyunda iştirak edib.

Marselo 2007-ci ildən 2022-ci ilə qədər "Real"da oynayıb, 546 oyunda meydana çıxıb, 38 qol vurub və 104 məhsuldar ötürmə edib. /Lent.az

Milli.Az