Zərdabın Burunlu kəndində təxminən 3 kilometr uzunluğunda yol istifadəyə yararsız vəziyyətə düşüb.
Milli.Az xəbər verir ki, kənd sakinləri gündəlik həyatlarının bu yolun vəziyyəti səbəbindən çətinləşdiyini bildiriblər. Təxminən 1000 nəfər əhalisi olan kəndin yoluna indiyədək heç vaxt asfalt örtüyü çəkilməyib.
"Bu yollarımızın pis vəziyyətdə olduğuna görə bizə qız da vermirlər. Yollarımız düzəlsə, bizim də taleh yollarımız açılar".
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlama verib ki, Burunlu kənd yolunun təmir və yenidənqurma işləri üçün təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub. Yolun investisiya proqramına daxil edilməsi gözlənilir və bu mərhələdən sonra təmir işlərinə başlanılacaq.
Asya
Milli.Az