Evini təmir etməyi planlaşdıranların nəzərinə: Tikinti materialları bahalaşır

27 Yanvar 2026 19:13

"Bütün tikinti materiallarının qiymətində  artım olacağı şübhəsizdir".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib. Müsahibimiz bunun səbəblərini izah edərkən manatın alıcılıq qabiliyyətini də xatırlatmağı unutmur.

O, hesab edir ki, tikinti materiallarının bahalaşmasını zəruri edəcək amillər, həm də digər istiqamətlərdəki qiymət artımıdır:

"O cümlədən xaricdən gətirilən tikinti materiallarının daha baha başa gəlməsidir. Belə ki, həm logistik xərclərinin artımı, həm eyni zamanda elə xaricdə də qiymət artımının baş verməsi qiymətləri artıracaq. Düşünürəm ki, çətin olacaq. Və bunun müqabilində qiymətlərin artımı və eyni zamanda işçi qüvvəsinin əmək haqlarının artımı nəticəsində tikinti bu və ya digər formada məhdudlaşa bilər". V.Oruc tikinti sektorunun və tikinti materialları bazarının hansı formada xilas edilə biləcəyi versiyasını da irəli sürür: "Əlavə investorların cəlb olunması bu sahəni xilas edə bilər. Misal üçün xarici investordan söhbət gedir. Əsasən, komplekslərin tikilməsi və yaxud da hər hansı bir infrastrukturda yenilənmələr və sair. Bu istiqamətdə investorların cəlb olunması tikinti sektorunu xilas edə bilər"./abc.az 

Aysel
Milli.Az