Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi bir daha hamımızı dərindən düşünməyə vadar edir.
Milli.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.
Şəmkir-Şiştəpə kənd yolunda baş vermiş qəza nəticəsində 34 yaşlı Vüsal Rüstəmli həyatını itirib, onun yanında olan 5 yaşlı oğlu Adəm isə xəsarət alıb. Bu hadisə sadəcə yol qəzası deyil - bir ailənin taleyinə vurulmuş ağır zərbədir.
Yol hərəkəti qaydaları kağız üzərində formal tələblər deyil. Onlar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. Sürət həddi, ötmə qaydaları, təhlükəsizlik kəməri və texniki sazlıq - bunların hər biri bir insanın yaşaması üçün vacib olan zəncirin halqalarıdır. O zəncirdən biri qırıldıqda nəticə çox vaxt faciə olur.
Xüsusilə uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır. Sükan arxasında olan şəxs təkcə öz həyatına deyil, avtomobildə əyləşən hər kəsin taleyinə cavabdehdir. 5 yaşlı bir uşağın yaşadığı qorxu, aldığı xəsarət və itirdiyi ata artıq geri qaytarıla bilməz.
Sürücülərin bir daha diqqətinə çatdırırıq ki, sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın. Çünki, yol səhvləri bağışlamır, yol ikinci şans vermir. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir.
Ayxan
Milli.Az