Rusiyada hosteldə yanğın oldu - Ölənlər və yaralananlar var

27 Yanvar 2026 13:18

Moskva ətrafında yerləşən Balaşixa şəhərində hosteldə baş verən yanğında dörd nəfər ölüb.

Milli.Az TASS-a istinadən xəbər verir ki, məlumatı Fövqəladə Hallar Xidməti yayıb.

"Balaşixa şəhərinin Zvorıkino məhəlləsində yerləşən hosteldə yanğın olub. Xilasetmə işləri zamanı dörd nəfərin cəsədi aşkar edilib. Daha altı nəfər yaralanıb" - deyə, agentlikdən bildirilib.

Milli.Az