Türkiyədə müalicə alan Vüsalə belə görüntüləndi - FOTO

27 Yanvar 2026 10:41

Aparıcı Vüsalə Əlizadə obyektivlərə tuş gəlib. 

Milli.Az xəbər verir ki, bir müddətdir səhhətində problem olduğu üçün efirə çıxmayan aparıcı Xalq artisti Aygün Kazımovanın ad gününə qatılıb. Vüsalə açıqlamasında müalicədən qayıtdığını deyib. 

O bildirib ki, Türkiyədə müalicəyə gedib. Hazırda özünü yaxşı hiss edən Vüsalə bu günlərdə efirə çıxacağını da əlavə edib.

Qeyd edək ki, aparıcı və qızı Dilək virusa yoluxduğunu günlər öncə açıqlamışdı. Onu proqramda həmkarı Mətanət Əliverdiyeva əvəzləyir. (axşam.az)

Milli.Az