Süni intellekt tibbdə həm faydalı, həm də riskli ola bilər – Komissiya sədri

26 Yanvar 2026 21:14

Süni intellekt artıq səhiyyə sisteminə daxil olub. Lakin burada vacib bir sual yaranır: süni intellekt səhv etsə, məsuliyyəti kim daşıyacaq?

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  bunu TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli bildirib.

Onun sözlərinə görə, həkim və orta tibb işçiləri süni intellektlə işləmək bacarıqlarına malik olmaq üçün müvafiq təlimlər almalıdır:

"Süni intellektin tibbdə tətbiqi zəruri olmaqla yanaşı, müəyyən risklər də yarada bilər. Buna görə də bu sahədə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi vacibdir.

Mənim fikrimcə, süni intellekt tibbdə yalnız köməkçi vasitə kimi istifadə olunmalıdır və heç vaxt həkimi əvəz edə bilməz", - Təranə Rəcəbli qeyd edib.

Milli.Az