Yanvar ayının 21-də "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Ayntraxt" ilə qarşılaşıb.
Azərbaycan təmsilçisi qələbəsini qeyd edərkən, stadionda oynayan bir nəfər diqqət çəkib.
Milli.Az unikal-a istinadən xəbər verir ki, sözügedən şəxs "Qarabağ"ın rəhbərliyində çalışan Elvin Süleymanovdur.
Azərbaycan təmsilçisi 3-2 hesablı qələbəsini qeyd edərkən, alman klubu meydançanı tərk etməyə başlayıb. Bu zaman "Ayntraxt"ın mərkəz müdafiəçisi Arthur Theate əsəblərini cilovlaya bilməyib.
.jpg)
Fotoda: "Qarabağ" FK-nın oyunçusu Leandro Andrade (solda) və "Ayntraxt"ın oyunçusu Artur Theate (sağda). UEFA Çempionlar Liqası futbol matçı, 21 yanvar 2026-cı il, Bakı.
Belə ki, o, sevincini oynayaraq ifadə edən Elvin Süleymanova sərt reaksiya verib. O, isə, görünür, qələbə sevincini pozmaq istəməyib və qonağın əsəbini anlayışla qarşılayıb.
Qeyd edək ki, bu qələbə ilə ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-a çatdırıb.
Milli.Az