"Mən hazırda İstanbulda klinikadayam, öz canımla əlləşirəm".
Milli.Az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında müğənni-bəstəkar Cabbar Musayev deyib.
Sənətçi Musayevlər arasında yaranan qalmaqalda Musa Musayevin səsləndirdiyi bəzi iddialara cavab verib:
"Mən hazırda İstanbulda klinikadayam. İnanın ki, öz canımla əlləşirəm. Bakıya qayıdan kimi bu məsələlərə ətraflı cavab verəcəyəm".
Cabbar Musayev Musa Musayevin "O, Zeynəb Xanlarova kimi sənətkara mahnısını verməyib" iddialarına da cavab verib:
"Bu iddialar tamamilə yalandır. Mən Zeynəb xanıma mahnı vermişəm, o da oxuyub. Düzdür, bu çoxdan olub. Mən indi xatırlamıram hansı mahnı idi. Sözləri də Nüsrət Kəsəmənliyə məxsus idi. Bunu o zaman Zeynəb xanımın ansambında olan musiqiçilər də təsdiqləyər. Birlikdə Azərrbaycan Televiziyasının "Bənövşəyi" adlanan studiyasına getdik və orada mahnını yazdırdıq".
Milli.Az