Prezidentdən DGK Akademiyasının məzunları ilə bağlı FƏRMAN

26 Yanvar 2026 16:15

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının Nizamnaməsində dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyasında ali təhsilin bakalavr və ya magistr təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş təhsilalanlara diplomla yanaşı, döş nişanı da veriləcək.

Milli.Az