Ramiz Vəliyev barədə qərar verildi

26 Yanvar 2026 16:44

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək 5 il müddətinə məhkum edilmiş keçmiş diplomat Ramiz Vəliyevin cəzası azaldılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi onun barəsində yekun qərarını açıqlayıb.

Qərara əsasən, R.Vəliyevə amnistiya aktı şamil edilməklə cəzası 6 ay azaldılıb.

Xatırladaq ki, sabiq diplomat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi üzrə təqsirli bilinib.

Qeyd edək ki, bu barədə ilk məlumatı Gününsəsi.info yayıb.

Milli.Az