İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcək

26 Yanvar 2026 16:28

İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcək.

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Belə ki, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə 500 manat məbləğində cərimə tətbiq ediləcək.

Milli.Az