Xalq artisti: "Gəlinim ingilis olsun, məni başa düşməsin"

26 Yanvar 2026 15:36

Xalq artisti Röya Ayxan jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az xəbər verir ki, estrada ulduzu oğlu ilə bağlı maraqlı açıqlama verib. Müğənni bildirib ki, övladı xarici ölkədə təhsil alacaq, lakin bunun müəyyən çətinlikləri var:

"Övladım xaricdə təhsil alacaq. Başqa ölkədə oxumağın öz xərcləri var, bilmirəm kiminlə və harada qalacaq. Amma həftədə yanına getməli olacağam".

Sənətçi açıqlamasında gələcək gəlin mövzusuna da yumorla toxunub:

"İstəyirəm, oradan bir qız tapsın, gəlinim ingilis olsun. Məni başa düşməsin, mən də onu başa düşməyim. Təkcə hi, bəsdir. Dili bilməsəm, mənə şikayət də edə bilməyəcəklər. Özləri dava edib, özləri barışacaqlar", - deyə Xalq artisti zarafatla bildirib.

Röya Ayxanın bu fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Musa
Milli.Az