Yarışmadan kənarlaşdırıldıqdan sonra Türkiyəyə qayıtmayan Dilan Çitakın ABŞ-a yerləşdiyi məlum olub. Məşhur müğənninin Florida ştatının Mayami şəhərinə köçdüyü və burada səhnə fəaliyyətinə başladığı bildirilir. Çitak konsert proqramını sosial media hesabında paylaşaraq ABŞ-dakı musiqi karyerasına diqqət çəkib.
Digər tərəfdən, bir müddətdir boşanacağı ilə bağlı şayiələr dolaşan əri Levent Dörterin İtaliyada olması cütlük haqqında ayrılıq iddialarını daha da gücləndirib. Onların fərqli ölkələrdə yaşaması dedi-qodu mövzularını yenidən alovlandırıb.
Qızının Mayamiyə köçməsindən sonra İbrahim Tatlısəs də gündəmə sərt açıqlamaları ilə gəlib. Jurnalistlərə danışan Tatlısəs həm qızı Dilan Çitak, həm də oğlu Əhməd Tatlı barədə kəskin ifadələr işlədib. Məşhur sənətçi "Məni aldatdılar. Pulumu oğurladılar, hər şeyimi oğurladılar. Buna görə şikayət etdim," deyə bildirib.
Tatlısəs daha əvvəl çox müzakirə olunan vəsiyyətnaməsi ilə bağlı qərarının dəyişmədiyini vurğulayıb və açıqlamalarını daha da sərtləşdirərək, "Bir kişi, bir qadın dediyim zaman hamı kim olduğunu bilir. Qəbrimə gələndə qoy lağ etsinlər," sözlərini deyib.
Milli.Az