Türk xalq və klassik musiqi sənətçisi, "Hasretinle Yandı Gönlüm" kimi ölməz əsərlərə həyat verən ifaçı Seha Okuş vəfat edib.
Milli.Az xəbər verir ki, Seha Okuş bir müddət reanimasiyada qaldıqdan sonra həyat uğrunda mübarizəsini itirib.
İntubasiya zamanı müalicə alan sənətçinin ölümü türk musiqisində bir dövrün sonu kimi qəbul edilir.
"Dönüş", "Mahpus" (Məhbus), "Toprak Ana" (Ana Torpaq), "Açlıq" və "Kuma" (İkinci Arvad) kimi klassik filmlərdə səsləndirdiyi rollarla yadda qalan sənətçi eyni zamanda məşhur teatr aktyoru Müjdat Gezenin xalası olub.
1990-cı ildən etibarən Müjdat Gezen İncəsənət Mərkəzində Xalq Musiqisi şöbəsinin müdiri və repertuar müəllimi vəzifələrində çalışmış, bir çox gənc sənətçiyə təlim keçmişdir.
Fidan
Milli.Az