Portağallar rənglənib? - AQTA açıqladı

26 Yanvar 2026 14:24

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satışda rast gəlinən rənglənmiş portağallarla bağlı açıqlama verib.

Milli.Az-ın məlumatına görə, sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, Azərbaycana müxtəlif ölkələrdən portağal idxal olunur və idxal edilən məhsullar risk qiymətləndirməsinə əsasən ekspertizadan keçirilir.

Onun sözlərinə görə, ötən il 421 min ton portağalda qida boyaları aşkar edilib və bu məhsullar bazara çıxarılmayıb. Həmin pozuntular barədə ixracatçı ölkələrə xəbərdarlıq göndərilib. Son dövrlərdə isə bazarlarda belə hallara rast gəlinmir. 

Asya
Milli.Az