"Sabah" onu göndərdi

26 Yanvar 2026 18:00

"Sabah" futbolçusu Ayaz Quliyevlə yollarını ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Quliyev 2023-cü ildən "Sabah"da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib.

A.Quliyevin "Rusiya"nın "Arsenal" klubuna keçəcəyi gözlənilir.

Milli.Az