"Liverpul" - "Qarabağ" oyununun hakimi açıqlandı

26 Yanvar 2026 13:20

İngiltərədə keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində "Liverpul" və "Qarabağ" komandaları arasında baş tutacaq oyunun hakim təyinatları açıqlanıb.

Milli.Az-ın məlumatına görə, qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Ona yan xətlərdə həmyerliləri Branislav Hantsko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.

Görüşün VAR hakimi niderlandlı Pol van Boekel olacaq. AVAR funksiyasını isə Yan Boterberq icra edəcək.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı yanvarın 28-dən 29-na keçən gecə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Tural
Milli.Az