Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınan köç karvanları mənzil başına çatdı.
Milli.Az xəbər verir ki, Ağdamın Dördyol adlanan ərazisindən Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınan köç karvanı mənzil başına çatıb.
Mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
Qeyd edək ki, bu köç də nəzərə alınmaqla Badara kəndinə ümumilikdə 73 ailə 286 nəfər, Seyidbəyli kəndinə isə ümumilikdə 69 ailə 250 nəfər qayıdıb. Bununla da Xocalı rayonu üzrə ümumi məskunlaşma 906 ailə, (3700 nəfər) çatdırılıb.
XXX
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb.
Milli.Az xəbər Trend-ə istinadən xəbər verir, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.