AQTA: Mal əti adı altında at və camış ətləri satılıb

26 Yanvar 2026 17:13

Ötən il aparılan yoxlamalar zamanı 7 obyektdə qanun pozuntuları aşkar edilib.

Milli.Az xəbər verir ki, bunu AQTA-nın sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı bildirib.

"Qırmızı kitab"a daxil olan oxlu kirpi və turac ətləri satışa çıxarılıb və ya qida məqsədilə istifadə olunub, qanuna uyğun tədbirlər görülüb.

Sədr müavini bildirib ki, mal əti adı altında satılan məhsullardan götürülən nümunələrin bir qismində at və camış ətinə məxsus genetik izlər aşkarlanıb.

Həmçinin bəzi toyuqlar sintetik boyalarla süni sarı rəngə boyanıb, dadlandırıcı maddələr normadan artıq istifadə olunub. Bu pozuntularla bağlı inzibati tədbirlər görülüb və ov ətlərindən qanunsuz istifadə halları da qeydə alınıb. 

Asya
Milli.Az