Somalidən Azərbaycana satış məqsədilə heç vaxt ət məhsulları gətirilməyib.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə heyətinin sədri Əli Nəbiyev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, yalnız Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanına müxtəlif ölkələrdən ət məhsulları gətirilir:
Səudiyyə Ərəbistanı səfirliyinin dəstəyi ilə ötən il ölkəmizə qeyri-kommersiya məqsədilə 45 tona yaxın ət məhsulu gətirilib. O qeyd edib ki, bu ət məhsulları qurban ətləri olub və ölkəyə humanitar məqsədlə gətirilib".
Qeyd edək ki, son dövrlər mediada Somalidən Azərbaycana ət gətirildiyi barədə xəbərlər yayılıb.
Milli.Az