Son günlər Bakıda satılan darçınların böyük əksəriyyətinin əsl darçın olmadığı ilə bağlı iddialar yayılıb.
Milli.Az-ın məlumatına görə, adətən ucuz qiymətə satılan bu məhsullar Çin kassiyası adlanan darçın növüdür və onun faydası həqiqi darçınla müqayisədə xeyli azdır.

Fotoda Çin kassiyası adlanan darçın növü
Məlumata görə, əsl darçın isə seylon darçını hesab olunur. Onu digərlərindən ayırd edən əsas xüsusiyyət çubuqlarının nazik olması və qat-qat bükülmüş olmasıdır. Seylon darçınının daxili quruluşu siqaret kağızı kimi bir-birinə çox yaxın yerləşən laylardan ibarət olur. Bu da onun həqiqi olmasının ən əsas əlamətlərindən sayılır.

Fotoda Seylon darçını
Araşdırmalara görə, Seylon darçını qan şəkərinin tənzimlənməsinə kömək edir, şəkərli diabet zamanı dəstəkçi təsir göstərə bilər, immunitet sistemini gücləndirir, maddələr mübadiləsini sürətləndirir, arıqlama prosesinə müsbət təsir edir, antioksidantlarla zəngindir.
Mina Mikayılova
Milli.Az