Rəqsanə ərini paylaşıb bu sözləri yazdı - VİDEO - FOTO

26 Yanvar 2026 13:10

Rəqsanə həyat yoldaşı Fazil Əmiraslanovun ad gününü qeyd edib.

Milli.Az xəbər verir ki, müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovun ad günü münasibətilə sosial media paylaşımı edib.

Sənətçi evlərindən yayımladığı videoya "Həyatın mənə verdiyi ən böyük hədiyyəsən. Gücünlə arxam, səssizliyinlə sığınacağımsan. Ad günün mübarək, yolumu yol edən adam" sözlərini yazıb.

Qeyd edək ki, Rəqsanə və Fazil Əmiraslanovun iki övladı var.

Milli.Az