Yanvarın 26-sından fevralın 1-dək Qoç, Əkizlər və Şirlər üçün işdə, karyerada və şəxsi həyatda uğurlu imkanlar açılacaq.
Milli.Az xəbər verir ki, astroloqlar bu dövrü dönüş nöqtəsi adlandırır və yeni fürsətlərin gələcəyini bildirirlər.
Qoç
Bu həftə işlərdə güclü enerji və aydınlıq hiss edəcəklər. Gözlənilməz imkanlar uzun müddətdir davam edən problemləri həll etməyə yardım edəcək. Vacib layihələr və planlar güclənəcək. Məsləhət: hərəkətə keçin və işləri təxirə salmayın - şans sizin tərəfinizdədir.
Əkizlər
Ünsiyyət, təhsil və yeni tanışlıqlar sahəsində uğurlar gözlənilir. Əvvəllər əhəmiyyətsiz görünən ideyalar indi faydalı ola və yeni perspektivlər aça bilər. Hər şeyin rəvan və ahəngdar axdığını hiss edəcəklər. Məsləhət: intuisiyanıza qulaq asın və layihələrdə addım atmadan çəkinməyin - yeni başlanğıclar üçün əlverişli zamandır.
Şir
Karyera və şəxsi qərarlar üçün əlverişli dövrdür. Yaradıcı ideyalar və təşəbbüslər ətrafdakılardan dəstək alacaq. Yeni bizneslərə başlamaq və müqavilələr bağlamaq üçün uyğundur. Məsləhət: qətiyyətinizə güvənin, lakin addımlarınızı düşünülmüş şəkildə planlayın - enerji sizin tərəfinizdə olacaq.
Fidan
Milli.Az