Abşeronun bəzi ərazilərində işıq olmayacaq

26 Yanvar 2026 10:57

Bu gün Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq"dan Milli.Az-a verilən məlumata görə, yanvarın 26-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq "Pirəkəşkül" yarımstansiyasında təmir işi aparılacaq.

Bildirilir ki, bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Lələtəpə yaşayış massivi, Təzəkənd, Çaylı, Cəngi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ayxan

Milli.Az