Balıkesirin Sındırgı rayonunda 4,4 bal gücündə zəlzələ olub
Milli.Az xəbər verir ki, AFAD-ın (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) rəsmi saytında yer alan məlumata görə, yeraltı təkanların episentri Sındırgı rayonu olub.
Zəlzələ 26 yanvar 2026-cı il tarixində, yerli vaxtla saat 03:47-də baş verib. Yeraltı təkanların ocağı yerin 14,78 kilometr dərinliyində qeydə alınıb.
Hadisədən sonra hər hansı can və ya maddi ziyanla bağlı məlumat verilməyib.
Fidan
Milli.Az