Türkiyə televiziya kanalının qadın müxbiri Yaxın Şərqdəki qaçqın düşərgəsinin yaxınlığında daş-qalaq edilib.
Milli.Az xəbər verir ki, jurnalist reportaj hazırladığı zaman yerli sakinlər tərəfindən daş-qalaq edilib.
İlkin məlumatlara görə, insident müxbirin hicab taxmaması ilə əlaqələndirilir. Hadisə çəkiliş prosesi zamanı baş verib və ərazidə gərginlik yaranıb.
Telekanal rəhbərliyi jurnalistin vəziyyətinin stabil olduğunu açıqlayıb. Bildirilib ki, o, tibbi nəzarət altındadır və həyatı təhlükəsi yoxdur.
Milli.Az