Məşhur müğənni xərçəngə qalib gəldi - FOTO

26 Yanvar 2026 11:02

Bir müddətdir leykemiya xəstəliyi ilə mübarizə aparan müğənni Cansever xərçəngə qalib gəldiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Almaniyada yaşayan sənətçiyə ötən ay leykemiya diaqnozu qoyulmuşdu. Müalicə prosesini sosial media hesabı vasitəsilə izləyiciləri ilə bölüşən Cansever bu dəfə sevindirici xəbər paylaşıb.

Müğənni xəstəliyinə qalib gəldiyini bildirərək deyib:

"Biz bacardıq, əzizlərim. Xərçəngə qalib gəldik. Sizə yaxşı xəbərim var. Dualarımız qəbul oldu. Allaha şükür. Mənim üçün dua edən hər kəsdən Allah razı olsun. İndi sağlamam".

Canseverin paylaşımı sosial şəbəkələrdə böyük sevinc və dəstək mesajları ilə qarşılanıb.

Fidan
Milli.Az